Kanadadan övladlığa götürmə hekayəsi

Kanadadan övladlığa götürmə hekayəsi

Olli evinə çatması üçün okean keçməli idi. 16 aylıq bu körpə ona yeni ailə olacaq və onu illərdir gözləyən Enn və Coşuanın yanına çatmaq üçün Cənubi Koreyadan Kanadaya getməli idi

Olli evinə çatması üçün okean keçməli idi. 16 aylıq bu körpə ona yeni ailə olacaq və onu illərdir gözləyən Enn və Coşuanın yanına çatmaq üçün Cənubi Koreyadan Kanadaya getməli idi. 

Övlandlığa götürmə prosesi 2 ildən artıq bir zaman almışdır. Müxtəlif valideynlik kursları, psixoloji testlər, uzun və yorucu sənədləşmə işlərindən keçən ailə artıq körpələrinin gəlişini gözləyirdilər. Enn və Coşua hər bir gənc valideyn kimi çox həyəcanlı idilər. Gələcək həyatlarının necə olacağı onları çox narahat edirdi. 

Enn və Coşuanın valideynlik təcrübələri yox idi. Bu hadisəyə qədər bir çox məsələlərdə asanlıqla qərar verə bilən cütlük həyacan və narahatçılıqla həyatlarının necə olacağını düşünürdülər. Yalnız bir şeyə Enn və Coşua tam əmin idilər. Onların həyatı daha rəngarən və daha xoşbəxt olmuşdur. Artıq Ollinin 3 yaşı var və onlar onun gülüşünün dünyanın ən gözəl və ən səmimi gülüşü olduğunu bilirlər.