Populyar suallar

Bəli, Anex Mev - m/type modelinin yeni nəslidir. Aydın və minimalist dizayna nail olmaq üçün uşaq arabasını yenidən dizayn etdik, lazımsız xüsusiyyətləri aradan qaldırdıq. Mev m/type-la müqayisədə daha yüngül və kiçik həcmlidir. Beşik EPP materialından hazırlandığı üçün çox yüngüldür və körpə üçün ideal sahə yaradır. Beşiyin daxili hissəsi bambuk parçadan, döşək isə qarğıdalı liflərindən hazırlanmış antibakterial, nəfəs ala bilən və təbii material olan Soronadan hazırlanıb.
Oturacaq blokunda da bir çox dəyişikliklər edilib. Təhlükəsizlik kəmərinə maqnit bağlama, həmçinin çiyin və bel yastıqları əlavə edilib. Uşaq arabasının başlığını uzada və havalandırmanı aça bilərsiniz.
Oturacaq bloku çərçivə ilə birlikdə hər iki istiqamətdə qatlanır, beləki bu formada o, sərbəst şəkildə dayandığı üçün uşaq arabasını yerləşdirmək üçün aşağı əyilməyə ehtiyac yoxdur. Dəstə oturacaq bloku və beşik üçün hündürlük adapterləri daxildir ki, bu da valideynlərə tələbatlarına uyğun rahatlıq təmin edir.

Anex Mev dəstinə təkərlərlə çərçivə, ayaq örtükləri ilə beşik, oturacaq bloku, çərçivə üçün səbət, həmçinin gəzintilərinizi mümkün qədər rahat etmək üçün aksesuarlar daxildir: bel çantası, beşik üçün hündürlük adapterləri və oturacaq bloku , oturacaq bloku üçün bamper, çərçivənin daşınması üçün tutacaq, yağış örtüyü və ağcaqanad toru.

Bəli, mümkündür. Bunun üçün əlavə adapterlər almalısınız. Adapterlər haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Bəli, əlbəttə. Bundan əlavə oturacaq çərçivə ilə birlikdə hər iki istiqamətdə qatlana bilir.

Qatlanmış vəziyyətdə uşaq arabası sərbəst olaraq şaquli vəziyyətdə dayana bilir, yerdən optimal istifadəni təmin edir və körpənizlə səyahət edərkən çərçivədə təsadüfi cızıqların qarşısını alır.

Geniş 10 kq tutumlu səbət sayəsində ehtiyacınız olan hər şeyi asanlıqla özünüzlə götürə bilərsiniz!

Anex Mev uşaq arabasının 4 rəngi mövcuddur: Toon, Kite, Wink, Ditto.

Oturacaq blokunun onu tamamilə örtməyə imkan verən əlavə bölməsi olan başlığı sayəsində körpəniz havadan asılı olmayaraq özünü rahat və komfortlu hiss edəcək. Pis hava şəraitindən tam qorunmaq üçün əlavə olaraq gəzinti bloku üçün ayaq örtüyü ala bilərsiniz.

Seriya nömrəsi səbətin yan tərəfindəki sol çərçivənin yan borusunda göstərilmişdir.

Əlbəttə. Anex Mev yeni EN 1888-1:2018+A1:2022, EN 1888-2:2018+A1:2022 standartlarına uyğundur. Bundan əlavə bütün Anex uşaq arabaları bəzən beynəlxalq standartlardan daha sərt olan daxili keyfiyyət yoxlamalarından keçir.

Bəli uyğun gəlir. Onlar müxtəlif boy ölçülərinə malik ailələrin rahatlığını təmin etmək üçün əsas dəstə daxil edilir. Adapterlər lazım olduqda borunu və oturacağı 8,10 sm qaldırmağa imkan verir.

Mev modelində matras qarğıdalıdan hazırlanmış tam təbii Sorona materialı ilə təchiz olunmuşdur. Bu matras həm nəfəs ala bilir, həm də uşaq üçün antibakterial və ekoloji cəhətdən təmizdir. Yumşaq və zərifdir.

Gəzinti bloku hər iki istiqamətdə quraşdırıla bilər: körpələr üçün üzü valideynə tərəf, kəşf etməyi sevən uşaqlar üçün üzü ətraf mühitə tərəf. Çərçivəni oturacaq ilə birlikdə istənilən istiqamətdə qatlamaq mümkündür.

Mev premium və ekoloji cəhətdən təmiz materiallardan hazırlanır. Uşaq arabasının xarici hissəsi eko-dəri və polyesterdən hazırlanmışdır. Beşik dayanıqlığı və temperaturu tənzimləyən xüsusiyyətləri ilə tanınan EPP-dən hazırlanmışdır. Beşiyin daxili hissəsində bambuk parça istifadə edilmişdir və nəfəs ala bilən antibakterial Sorona döşəyi ilə təchiz edilmişdir. Çərçivə alüminiumdan hazırlanmış və anodlaşdırılmışdır ki, bu da onun korroziya kimi xarici amillərə qarşı davamlılığını artırır.