Populyar suallar

IQ bazarda bir məhsulda beşik, oturacaq bloku, gəzinti arabası və iki müxtəlif təkər dəsti təklif edən ilk uşaq arabasıdır. IQ uşaq arabasının çərçivəsini uşağınız böyüdükcə daralda və ya genişləndirə bilərsiniz. Uşaq arabası istənilən konfiqurasiyada hamar hərəkəti təmin edən patentləşdirilmiş amortizator sisteminə malikdir.

Beşikdən transformasiya etmək bir neçə saniyədən az vaxt aparır. Daha dar çərçivəli gəzinti arabasına transformasiya etmək 10 dəqiqəyə qədər vaxt aparır. Bu prosesi əsas dəstə daxil olan təlimat əsasında və ya aşağıdakı keçiddən videonu izləyərək yerinə yetirə bilərsiniz: https://youtu.be/I0eAmn3KlPE

Uşaq arabasının dəstinə daxil olan təlimatdan istifadə edə və ya rəsmi internet saytımızda yerləşdirilən videonu izləyə bilərsiniz. Videonu qeyd olunan linkə keçid edərək YouTube vasitəsilə də izləyə bilərsiniz: https://youtu.be/I0eAmn3KlPE

Əsas dəstə çərçivə, matraslı beşik, oturacaq bloku, gəzinti arabası, 2 dəst havasız təkər, 2 tutacaq və səbət daxildir. Aksessuarlara beşik və oturacaq bloku üçün yağış örtüyü, beşik üçün ayaq örtüyü, oturacaq bloku üçün bamper və transformasiya üçün altıbucaqlı açar daxildir.

Bəli. Bu məqsədlə uşaq arabasının əsas dəstinə daxil olmayan əlavə adapterləri əldə etməlisiniz. Adapterlər həm geniş, həm də dar çərçivələr üçün uyğundur. Bu o deməkdir ki, siz avtomobil oturacağını həm klassik çərçivəyə, həm də gəzinti arabası çərçivəsinə quraşdıra bilərsiniz. Adapterlər haqqında ətraflı məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz: https://anexbaby.com/car-seats/iq-car-seat-adapters

Uşaq arabasını hətta gəzinti arabası versiyasında da "yumşaq" amrtizasiya ilə təmin etmək üçün qatlama mexanizminə innovativ dayanma sistemini əlavə etmişik. IQ rahat istifadə hamar hərəkət təmin edən yeganə gəzinti arabadır. Əlavə olaraq, IQ-nun amortizatorları ön və arxa təkərlərdə sinxron hərəkət edir, sizə və körpənizə hamar, rahat gəzinti imkanı təmin edir. Digər Anex modelləri ilə müqayisədə IQ uşaq arabasının amortizasiya qabiliyyəti Anex e/type və ya Anex m/type qədər yaxşıdır.

Bəli, bəli! IQ həyatınızı asanlaşdırmaq üçün yaradılmışdır. Bütün konfiqurasiyalarda yüngüldür, gün boyu sizin rahatlığınızı təmin edir. Əlavə olaraq, qatlanmış səyahət arabası təyyarədə əl yükü kimi daşına bilər. Beşik yığcam ölçüdə qatlanır və əl yükü kimi rahat daşınır. Oturacaq bloku çərçivə ilə hər iki istiqamətdə bükülür və təkərlər çıxarıldıqda, təyyarə ilə rahat daşına bilir.

Bəli, əlbəttə. Oturacaq hər iki istiqamətdə yerləşdirilən çərçivə ilə birlikdə qatlana bilir.

IQ uşaq arabası iki müxtəlif təkər dəsti ilə təqdim edilir. İstənilən konfiqurasiya üçün müxtəlif dəstlərdən istifadə edə bilərsiniz (müxtəlif dəstlərə daxil olan təkərləri bir-birilə əvəz etmək tövsiyə oluunmur). Böyük təkərlər ER materialdan, kiçik təkərlər PU materialdan hazırlanır.

Bu məhsul 0 aydan 48 aya qədər olan uşaqlar üçün dizayn edilmişdir. Maksimum çəki 22 kq-dır (9 kq beşik üçün).

İQ-nün 10 kq tutumlu geniş səbəti ilə ehtiyacınız olan hər şeyi asanlıqla daşıya bilərsiniz.

Bəli, bu uşaq arabası xüsusi qorunma xüsusiyyətinə malik UV100+ materiallardan hazırlanır ki, bu material ultrabənövşəyi şüaları 100%-ə qədər azaldır.

IQ Basic uşaq arabası mövcuddur: Nyx, Lune, Linen, Sienna. IQ uşaq arabası 9 rəngdə mövcuddur: Darke, Bruna, Creamy, Silve, Smoky, Teddy, Richi, Pure, Seal.

Hər şeydən əvvəl qeyd etməliyik ki, gəzinti arabası mobillik və səyahət üçün nəzərdə tutulub. O, istənilən avtomobilə asanlıqla uyğunlaşır və təkərlərin mükəmməl amortizasiya qabiliyyəti ilə rahat hərəkəti təmin edir. Soyuq mövsümdə qundaqdan istifadə etməyinizi tövsiyə edirik. Aşağıdakı linkə keçid edərək bütün aksesuar seçimlərini nəzərdən keçirə bilərsiniz: https://anexbaby.com/accessories

Hər şeydən əvvəl qeyd etməliyik ki, gəzinti arabası mobillik və səyahət üçün nəzərdə tutulub. O, istənilən avtomobilə asanlıqla uyğunlaşır və təkərlərin mükəmməl amortizasiya qabiliyyəti ilə rahat hərəkəti təmin edir. Qarlı havada uşaq arabasının dəstinə daxil olan daha böyük təkərlərdən istifadə edə bilərsiniz. Qış qundağı körpənizi soyuq soyuq havada istiliklə əhatə edəcək. Aşağıdakı linkə keçid edərək bütün aksesuar seçimlərini nəzərdən keçirə bilərsiniz: https://anexbaby.com/accessories

Seriya nömrəsi səbətin arxasındakı, şassi hissənin sağ arxa hissəsində yerləşir

Əlbəttə! Xahiş edirik, rəsmi saytımız vasitəsilə xidmət sorğusu göndərin, bundan sonra biz sizinlə ən qısa zamanda əlaqə saxlayaraq ətraflı məlumatı təqdim edəcəyik.

Əlbəttə! Xahiş edirik, rəsmi saytımız vasitəsilə xidmət sorğusu göndərin, bundan sonra biz sizinlə ən qısa zamanda əlaqə saxlayaraq ətraflı məlumatı təqdim edəcəyik.

Əsas qaydalar aşağıdakılardır: Təkərləri çirkdən təmizləyin. Metal hissələri quru bir parça ilə silin. Parça hissələri şassi üzərindən çıxarmadan asanlıqla təmizləyə bilərsiniz Təkər tutulması və ya qeyri-adi səs-küy halında, təmizləyici və nüfuzedici sürtkü xassələri olan texniki spreylərdən istifadə edin. Ətraflı məlumat əldə etmək üçün linkə daxil olun.

Əlbəttə. Anex IQ yeni EN 1888-1:2018 / EN 1888-2:2018 standartına uyğundur. Əlavə olaraq, bütün Anex uşaq arabaları bəzən bu beynəlxalq standartlardan daha sərt olan daxili keyfiyyət yoxlamalarından keçir.

Bəli, IQ modeli yenilənib və indi modelə iki kolleksiya, IQ Basic və IQ daxildir.

Hər iki model eyni funksiyalara malikdir, lakin əsas fərqlər hər iki modeldə istifadə olunan son toxunuşlarda və materiallardadır. IQ Basic qara çərçivəyə malikdir, IQ isə mat düyməli anodlaşdırılmış çərçivəyə malikdir. Bundan əlavə, IQ yüksək keyfiyyətli qəhvəyi dəri tutacaqlar və bamperlər, maqnit kəmər və uşaq arabasının arxa hissəndə yerləşən əlavə havalandırma ilə təchiz edilmişdir.