Anex məxfilik siyasəti

Şəxsi məlumatlarınız təhlükəsizliyinə və qorunmasına Anex ciddi diqqət göstərir. Məhz buna görədə qeyd olunan hər hansı bir şəxsi məlumatın istifadəsi zamanı beynəlxalq, avropa daxili və ölkə daxili qanunları, normativ hüquqi aktları əsas tutaraq fəaliyyət göstəririk. 

Hansı fərdi məlumatları emal edirik: 

Saytımızda qeydiyyatdan keçərkən sizdən aldığımız bütün şəxsi məlumatlara, o cümlədən adınız, soyadınız, ünvanınız, telefon nömrəniz və e-poçt, həmçinin iş müraciətlərindən aldığımız fərdi məlumatlara görə məsuliyyət daşıyırıq. Məlumatların emalı üçün məsuliyyət Anex şirkətinin, hüquqi ünvanı: 8 Eu Tong Sen Street #17-88, THE CENTRAL Office tower 2 Singapore 059818.

Şəxsi məlumatlarınızdan necə istifadə edirik: 

Şəxsi məlumatlarınızı sizinlə bağlı üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetirmək və yüksək səviyyədə xidmət göstərmək üçün istifadə edirik. Şəxsi məlumatlarınızdan məhsullarımızla əlaqəli mümkün risklər barədə sizə məlumat göndərə və ya saytımızda özəl profil yaratdığınız halda reklam məlumatları göndərilməsində istifadə oluna bilər. Məlumatlarınızı yalnız yuxarıda qeyd olunan məsələlərin həllində istifadə olunan zaman və ya qanunla icazə verilən zaman çərçivəsində saxlayırıq.

Məlumatlara girişi olanlar:

Anex şəxsi məlumatlarınızı, şəxsi məlumatlarınızın daxil olduğu fərdi məlumatların bazasını aşağıdakı hallarda sizinlə əlaqədar öhdəliklərimizi yerinə yetirmək üçün və qanunun müddəalarına zidd olmadığı hallarda sizə xəbərdarlıq etmədən üçüncü şəxslərə ötürmək hüququna malikdir: veb saytımızın idarə edən şəxslərə; Anexlə bağlı/əlaqəli şəxslərə; saytın mümkün yeni idarə edənlərə (həm fiziki, həm də hüquqi şəxslər). 

Şəxsi məlumatlarınızı necə qoruyuruq:

Biz məlumatlarınızı itirmə, oğurluq və icazəsiz giriş ehtimalından qorumaq üçün həm texniki, həm də təşkilati tədbirlər görürük. Hər zaman texnoloji inkişafı və iinovativ həlləri nəzərə alaraq təhlükəsizlik tədbirlərimizi inkişaf etdirməyə çalışırıq. Eyni zamanda elektron məlumat daşıyıcılarınızında təhlükəsizliyini təmin etməyi sizə məsləhət görürük.

 

Təcrübənizi daha yaxşı etmək üçün kukilərdən istifadə edirik

Daha ətraflı