Black strollers from Anex

Həm qızlar, həm də oğlanlar üçün neytral rəngli universal variantda olan Anex qara rəngli uşaqarabaları. Qara klassik rəng hesab olunur, onun çalarları olduqca praktik, çirklənməyə davamlı və dəblidir. Bu, həddindən artıq parlaqlıq və rəngarəngliyə üstünlük verməyən valideynlər üçün Idealdır.

Qara rəngli uşaq arabaları bir çox üstünlüklərə malikdir:

- material tez-tez təmizlənmə tələb etmir;

- ultrabənövşəyi şüalara qarşı yüksək səviyyəli qorunma qabiliyyətinə malikdir;

- dəbli dizayna sahibdir;

- həşəratları cəlb etmir.

Biz sizə necə qara rəngli uşaq arabaları təklif edirik?

Anex uşaq arabalarının demək olar ki, bütün modellərinin qara rəngi mövcuddur. Məsələn, yeni doğulmuş uşaqlar üçün qara rəngli uşaq arabaları:

1. Anex m/type – 2-si 1-də istənilən yolda gündəlik gəzinti üçün nəzərdə tutulmuşdur. Yatmaq üçün rahat yer, gəzinti blokunun tənzimlənən arxa hissəsi və ayaq altlığı, qatlanan çərçivə, multi tutacaq, üçqat amortizasiyaya, 360° dönən təkərlərə malikdir.

2. Anex e/type – eleqantlığı və praktikliyi özündə mükəmməl şəkildə birləşdirən 2-si 1-də eko-dəri uşaq arabasıdır. Valideynlər üçün etibarlı, uşaqlar üçün isə rahatdır. Beşik bir əllə asanlıqla çıxarıla bilir. Gəzinti blokunun arxa hissəsi, tutacağı və ayaq altlığı tənzimlənir, çərçivə yığcam ölçüdə qatlanır. Ön və arxa təkərlər bir kliklə asanlıqla ayrılır.

3. Anex l/type - funksional və rahat transformer/uşaq arabasıdır. Bu arabada uşaq üçün lazım olan bütün detallara diqqət yetirilib. Böyük səbət və başlığa, ikiqat amortizasiya və havalandırmaya malikdir. Beşik asanlıqla çıxarıla və qatlana bilir, çərçivə də oturacaqla birlikdə qatlanır.

4. Anex Quant - ekoloji cəhətdən təmiz parçadan (təkrar emal olunmuş plastikdən) hazırlanmış 2-si 1-də uşaq arabası. Onun yığcam ölçüsü, ön çərçivədə LED-işıqlandırması, işığı əks etdirən yazıları, yaddaş effektli matrası vardır. Bütün funksiyaları bir əllə yerinə yetirmək mümkündür.

5. Anex Air-X - komfortlu uşaq arabasıdır, səyahət üçün idealdır. O, xüsusi çanta, ayaq altlığı, çıxarıla bilən bamper, 5 hissəli təhlükəsizlik kəmərləri ilə tamamlanır.

6. Anex Air-Z - bütün vəziyyətlərə uyğun uşaq arabası. Tək əl ilə asanlıqla qatlanır. Yeni doğulmuşdan başlayaraq 22 kq-a qədər olan uşaqlar üçün uyğundur. Oturacaq körpələr üçün olan formaya çevrilərək kompakt, beşiyə bənzər forma alır. Parça yuyulmaq üçün asanlıqla çıxarıla bilir.

Dəstə körpənin başını dəstəkləmək üçün U formalı yastıq daxildir. Bütün modellər hava şəraitindən asılı olmayaraq hər mövsüm istifadə üçün uyğundur. Yayda uşağa arabanın içərisində həddindən artıq isti olacağından qorxmaq lazım deyil, çünki bütün Anex modelləri daxilində rahat mikroiqlim yaradacaq ventilyasiya sistemi ilə təchiz edilmişdir. Beləliklə, körpəyə qışda soyuq olmadığı kimi yayda da isti olmayacaq. 

Əgər qara rəngi sevmirsinizsə, digər rənglərdə olan modelləri təqdim edirik: bej, mavi, firuzəyi, karamel, boz, sarı, çoxrəngli və s. İki və ya daha çox rəngi özündə birləşdirən uşaq arabaları orijinal Görünür.

Black strollers from Anex
Black strollers from Anex
Black strollers from Anex
Black strollers from Anex
Black strollers from Anex

Qara Anex uşaq arabasını haradan almaq olar?

Keyfiyyətli uşaq arabasını rəsmi dilerlərimizdən sifariş edə bilərsiniz. Onların ünvanları və əlaqə nömrələri "Haradan almaq olar" səhifəsində qeyd olunub. Açılan siyahıdan şəhərinizi seçin və "Mağaza tap" düyməsini basın. Yaşadığınız ərazidə yerləşən bütün satıcıların siyahısını əldə edəcəksiniz. Bundan əlavə bütün ölkəniz üzrə sifarişləri çatdıran onlayn mağazaların xidmətlərindən də istifadə edə bilərsiniz.

Bundan əlavə, ağcaqanad toru, yağış örtüyü, ayaqlar üçün örtük, qış qundağı, ədyal, əl üçün mufta və s. kimi hər cür aksesuarı əldə edə bilərsiniz. Bir çox aksesuar uşaq arabası ilə birlikdə pulsuz əldə edilir. Çeşidlərlə tanış ola və uyğun variantı veb saytımızdan seçə bilərsiniz. Bütün şikayət və təkliflər Əlaqə bölməsində qeyd olunan telefon nömrələri vasitəsilə qəbul edilir.

Black strollers from Anex
Black strollers from Anex
Black strollers from Anex

Əlavə olaraq baxın

child with laptop

Anex-də baş verən yeniliklərdən xəbərdar olun

Təcrübənizi daha yaxşı etmək üçün kukilərdən istifadə edirik

Daha ətraflı