Story of adoption from Canada
Anex logo
Story of adoption from Canada

Olli evinə çatması üçün okean keçməli idi. 16 aylıq bu körpə ona yeni ailə olacaq və onu illərdir gözləyən Enn və Coşuanın yanına çatmaq üçün Cənubi Koreyadan Kanadaya getməli idi. 

Övlandlığa götürmə prosesi 2 ildən artıq bir zaman almışdır. Müxtəlif valideynlik kursları, psixoloji testlər, uzun və yorucu sənədləşmə işlərindən keçən ailə artıq körpələrinin gəlişini gözləyirdilər. Enn və Coşua hər bir gənc valideyn kimi çox həyəcanlı idilər. Gələcək həyatlarının necə olacağı onları çox narahat edirdi. 

Enn və Coşuanın valideynlik təcrübələri yox idi. Bu hadisəyə qədər bir çox məsələlərdə asanlıqla qərar verə bilən cütlük həyacan və narahatçılıqla həyatlarının necə olacağını düşünürdülər. Yalnız bir şeyə Enn və Coşua tam əmin idilər. Onların həyatı daha rəngarən və daha xoşbəxt olmuşdur. Artıq Ollinin 3 yaşı var və onlar onun gülüşünün dünyanın ən gözəl və ən səmimi gülüşü olduğunu bilirlər. 

 

Story of adoption from Canada
Story of adoption from Canada
Story of adoption from Canada
Story of adoption from Canada
Story of adoption from Canada
Story of adoption from Canada Story of adoption from Canada

Çox sevinirik ki, qarlı günlərin birini biz Olli, Enn və Coşua ailəsi ilə birlikdə keçirdik. Bu kiçik ailə bizi öz dünyalarına dəvət etdilər. Gözəl ailə ilə keçirdiyimiz bir gün ərzində biz onlarla birlikdə qartopu oynadıq, xizək yarışlarında iştirak etdik, isti şokoladın dadına baxdıq və ən əsası bu cəsarətli valideynlərin  həyat hekayəsi ilə daha yaxından tanış olduq. 

Kantor-Qarrison ailəsindən məsləhət:

“Əgər siz də, övlanlığa götürmə haqqında düşünürsünüzsə bunu etmiş digər ailələrlə məsləhətləşin. Onlar öz təcrübələrini sizinlə bölüşəcəklər. Əgər övladlığa götürmə haqqında qərar qəbul etmisinizsə bu qərarı verən digər ailələrlə tanışlıq yaradın. Onlar həm sizə həmdə körpənizə hər zaman dəstək olacaqlar. 

Story of adoption from Canada

Əlavə olaraq baxın